Aygün Kazımova: «Mən Səfurənin geyiminə…»
Xalq artisti Aygün Kazımova Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil etmiş Səfurə Əlizadəyə dəstək verib.
Trend Life-ın verdiyi məlumata görə, xalq artisti müsabiqədə 5-ci yer tutmuş Səfurənin karyerasının uğurlu olacağına əminliyini ifadə edib. «Mən Səfurənin qalib olduğu «Yeni ulduz» müsabiqəsində münsiflər heyətində yer almışam. Hələ onda Səfurəni inandırırdım ki, o, əsl ulduzun əldə etdiklərinə nail olacaq», - deyə Aygün Kazımova bildirib.
Səfurənin «Eurovision»da geydiyi paltar haqda da danışan xalq artisti deyib: «Paltara söz ola bilməzdi. Mən Səfurənin geyiminə sadəcə, vuruldum. O, bu paltarda səhnənin bəzəyi idi. Səfurənin çıxışına baxarkən dincəlirdim».
Oxunub: 595 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax