|
03-06-2010 Alim Qasımovdan 150 min avroluq klip! - VİDEO
Devid Vendetta ilə birlikdə hazırlanan klip satış rekordlarını qırdı "Mamedia" şirkəti Azərbaycanda ilk beynəlxalq musiqi layihəsini mediaa nümayəndələrinə təqdim edib. Prodüsser Devid Vendettanın bu layihəyə 150 min avro vəsait xərclədiyini açıqladıqda isə Alim Qasımov heyrətini gizlədə bilmədi: "Mən də deyirəm bizim kliplər niyə bu gündədir? Sən demə hər şey puldan asılıdır! Bu qədər pulun xərcləndiyini heç ağlıma belə gətirməzdim". Alim Qasımov bu layihədən maddi xeyir güdmədiyini də söylədi: "Bircə onu düşünürdüm ki, Baba Pünhanın sözlərini yaxşı ifa edim. Musiqimizin və Azərbaycanımın mənim vasitəmlə dünyada təbliğ olunması elə mənim qazancımdır." Jurnalistlərdən yalnız xoş sözlər eşidən Alim Qasımov: "Bilsəydim tədbir belə yüksək səviyyədə keçəcək, Fərqanəni də özümlə gətirərdim. Belə alınacağını gözləmirdim",- deyə bildirib. Klipin çəkilişlərinin bir hissəsi Mərakeşin Orzazate şəhərində çəkilib. Hansı ki, bu şəhərdə "Qladiator" və bir çox məşhur Hollivud filmləri çəkilib. Klipin digər hissəsi Bakıda çəkilib. Əslində çəkilişlər Bakıda nəzərdə tutulmayıb. İslandiyada vulkan püskürməsi nəticəsində yaranan kül buludu yaradıcı heyətin Fransaya uçmasına əngəl yaratdığından klipin Fransada nəzərdə tutulan çəkilişləri Bakıda reallaşıb. Çəkilişlər İçərişəhərdə - Qız qalasında və Kiçik Karvansarayda aparılıb. Məhz bunun nəticəsi olaraq Azərbaycanın görüntüləri Azərbaycan musiqisi ilə birlikdə bütün dünyaya yayılacaq. Klipi məşhur fransız klipmeykeri və rejissoru Lyuk Bessonla birlikdə çalışan Çarles Clodion ekranlaşdırıb. Qeyd edək ki, "İ'm your Goddes" klipi i-tunes-də satış rekordları qıraraq birinci olub. Bu ayın 6-dan etibarən isə klip dünyanın aparıcı musiqi kanallarında gündəlik rotasiyaya girəcək. Adətən, Vendettanın klipləri MCM, MTV, Viva, Europa 2 TV-də nümayiş etdirilir. // ANS Press Oxunub: 435 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|
















































