Məryəm Şabanova 25 yaşını qeyd etdi - FOTOLAR
"Xahiş edirəm ad günümə ağ kofta və cins şalvarda gəlin"
Eurovision-2010»un namizədlərindən olan Məryəm Şabanova paytaxtın istirahət mərkəzlərinin birində "kiçik" yubileyini- 25 yaşını qeyd edib.
Sənətçi məclisinə çox az sayda qonaqlar dəvət edib və onlara əvvəlcədən öz istəyini çatdırıb - xahiş edirəm ad günümə ağ kofta və cins şalvarda gəlin.
Onun bu arzusunu yerinə yetirənlər də olub, yerinə yetirməyənlər də. Məsələn, Naina İbrahimova ən gözəl gecə libaslarından birini geyinrək, məclisə təşrif buyurub.
Məryəm Şabanova gecəyarısına kimi davam edən yubiley proqramının maraqlı keçdiyini deyir. Qonaqları ona ən sevdiyi hədiyyləri təqdim ediblər.

Oxunub: 471 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax