Səfurənin "Eurovision" paltarı Osloda qalıb!
Paltarın sonrakı taleyi necə olacaq?
Azərbaycanı Norvaçin paytaxtı Osloda keçirilən "Eurovision-2010" mahnı müsabiqəsində təmsil edərək, beşinci yeri qazanan Səfurə Əlizadənin məxsusi müsabiqə üçün tikilmiş paltarı Bakıya gətirilməyib.
Klip.Az-ın verdiyi xəbərə görə, bu barədə təmsilçinin özü Day.Az radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, paltarı Bakıya gətirmək istəsə də problem yaranıb və ona görə də gətirə bilməyib.
"Yəqin ki, təşkilatçılar libasımı mənə Bakıya göndərəcəklər" - deyə Səfurə bildirib.
Təmsilmiz məşhur libasın sonrakı taleyinə də aydınlıq gətirib. "Əlbəttə, paltarı özümdə saxlayacam. İnşallah, konsertim olanda ondan istifadə edəcəyəm"- deyə o, bildirib.
Oxunub: 452 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax