Balacaların "Eurovision" müsabiqəsinin hazırlığı başladı
Noyabrın 20-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Eurovision Junior Contest” müsabiqəsinin hazırlıqlarına başlanılıb.
Müsabiqənin rəsmi internet saytında bildirilib ki, müsabiqə “Minsk” arenasında baş tutacaq.
“Eurovision Junior” yarışmasının prodüseri Aleksandr Martınenko deyib ki, bu il uşaqlar arasında keçiriləcək müsabiqəyə Belarus İctimai Yayım Şurası (BTRC) ev sahibliyi edəcək.
Hələlik müsabiqədə iştirak edəcək ölkələrin siyahısı məlum deyildir. Müsabiqədə 10-15 yaş arası uşaqlar iştirak edəcəklər. // AzərTAc
Oxunub: 163 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax