|
05-06-2010 Aygün Səmədzadə: ”Mahnılarımın qiymətini ödəyə bilən müğənni yoxdur"
Bəstəkar heç bir müğənniyə mahnı bağışlamadığını deyir "Mən heç bir müğənniyə mahnılarımı bağışlamıram. Sadəcə olaraq onlara müəyyən müddət mahnılarımı ifa etmək hüququ verirəm. Mahnı əşya deyil ki, kimə isə verim. Bəstəkarın ölümündən sonra da mahnıların hüquqları onların ailələrinə verilir". Bunu ANS PRESS-ə müsahibəsində bəstəkar Aygün Səmədzadə bildirib. O ki, qaldı həmin müğənniyə mahnımı ifa etməyi qadağan edim, bu bizdə alınmır. Bizdə qadağa mədəniyyəti yoxdur. Bizdə qadağaya riayət etmək mədəniyyəti olmadığına görə artıq özümü yormaq istəmirəm. Oxumaq istəyirlərsə oxusunlar. Amma şəxsən mən özüm artıq həmin mahnını yeni ifada dinləməyə üstünlük verirəm". Bəstəkar mahnının yalnız bir müğənniyə aid olması ilə heç vaxt razılaşa bilmədiyini deyir: "Çünki hər bir mahnı bir dəfə yaranır. Bu baxımdan da mahnını müxtəlif müğənnilər ifa edə bilər. Mahnının səs baxımından fərqli ifaya ehtiyacı olduğunu hesab edirəm. Ümumiyyətlə mən bu məsələləri müğənnilərlə müzakirə etmirəm. Çünki mahnılarımın tam hüquqları özümdədir. Bir var mahnının hesabına tanınan müğənni, bir də var müğənninin hesabına tanınan mahnı. Mənim mahnılarımın müğənninin hesabına populyar olmasına ehtiyac yoxdur. Müğənnilər mənim mahnımla populyarlıq qazana bilərlər". Oxunub: 182 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































