Qaynar.info
09-09-2010

Baş səhifə

  • AKTUAL
  • ŞouBİZ
  • Hadisə
  • Kriminal
  • Eurovision
  • Müsahibə
  • Qalmaqal
  • Tam ciddi
  • Türkiyə-maqazin
  • Dünya
  • Maraqlı
  • ƏLAQƏ

Arxiv:

  « »

Həftənin xəbər hiti:

  • Lay-lay, qeyrət, lay-lay....
  • Dünya gözəli meksikalı qız oldu
  • Sənətkarın səssiz ölümü
  • Səfurə Əlizadə növbəti festivala yola düşür

Abunə

RSS Feeds RSS nədir?

Veb masterlər üçün

Bizim ŞOU xəbərləri öz saytınızda göstərin.

Reytinq

SpyLOG

07-06-2010

Laçın Məmişov
lachin.mamishev@rambler.ru
Laçın Məmişov

Şirzad Fətəliyev - Sinoplu Diogen!

Qəribə müqayisədir, Sinoplu  Diogenlə  Şirzadın hansı oxşarlıqları var ? Amma səbirli olun, toyun axırını gözləyin, hər şeyi anlayacaqsınız, əziz oxucularım.

Diogen öz şəhərindən qovulduqdan sonra Afinaya gəlir və şəhər meydanında çəlləkdə yaşamağa başlayır. Gündüz əlində gəzdirdiyi çiraqla insan axtarması ilə hamıda müxtəlif suallar doğurur.

Bir gün Diogen hamamdan çıxıb gedəndə, ora yeni gələnlər soruşurlar: "İçəridə adam çoxdurmu?" O isə belə cavab verir ki, insan azdır.

Başqa bir rəvayətdə isə onun Filiplə görüşü zamanı sohbətlərinin çox lakonik olması ilə yadda qalır. Filip ondan soruşur:
- Nə işlə məşğulsan?
- Sənin acgözlüyünü seyr edirəm,-  deyə cavab verir.

Şirzad isə Sinoplu yox, Azərbaycanlıdır, əlində isə çıraq deyil, bizim qədim və eyni zamanda çox həzin, ürəkləri muma döndərən Balaban var. Şirzad nə insan, nə də ki, digər bir canlını axtarmır. Əksinə ifa etdiyi Balabanın sehirli səsinə görə, axtarılan özüdür. Amma onu Azərbaycanda yox, əvvəllər balabanı "duduk" kimi tanıyan ölkələrdə axtarırlar. Çünki balabanı Şirzadın ifasında dinlədikdən sonra əcnəbilər kəsinliklə bu alətin həm Balaban, həm də məhz Azərbaycana məxsus olduğunu tam anladılar. Balabana Şirzadın sirli  barmaqları  toxunanda Məcnunun ahını, Kərəmin yanğısını, Yusifin gözəlliyini, Kərbəla müsibətini, Füzuli dühasını, Nəsimi divanını,  Üzeyir dünyasını, Vaqif  həstərini, Mahmud Ağa məclislərini bütün çalarları ilə bizə canlandırır və özündə yaşadır.. Şirzad Balabanla yaşayır, yaradır və Balabanla onun arasında İlahi bir eşq yaşanır. O eşq ki, bütün dünyaya səs salıb xalqımızım dərin mədəniyyətini və mənəvi dəyərlərini atom zərrəcikləri kimi hər yana səpələyir.

Civan Qasparyan erməni lobbisinin güclü dəstəyi ilə məşhur "Qladiator" filmində balabanımızı "duduk" kimi təqdim edərək, musiqi ifa edir. Üstəlik, həyasızcasına "Avrovision" musiqi yarışmasında da Ermənistan təmsilçisini müşayiət edir. Amma biz Şirzadı "Drip-Drop" sədaları altında arxa plana atırıq.  Ona görə  atırıq ki , Şirzad bütün dövlət tədbirlərinə 120 km yol qət edərək gəlir. Tədbirdə ifası bitən kimi tez öz çəlləyinə oturub geriyə - eyni məsafəni qət edərək qayıdır Şamaxıya. Neyləsin, istəyənin bir üzü qara, verməyənin iki üzü; axi axşam Şamaxıda el şənliyində də onu dinləmək istəyənlər var.

Bir sözlə, Diogen çəlləkdə yaşayırdısa, Şirzad demək olar ki, öz avtomobilində yaşayır. Diogen heykəldən pul istəyirdi ki, insanların yox deməsi ona adi hal kimi gəlsin. Amma Şirzad heç kimdən heç nə istəmir, çünki bilir mənasızdır. Çünki nəyinə lazımdır ki, özünü ağır-yüngül etsin. Durub nə desin? Desin ki, bəs niyə mən fəxri ada layiq görülmürəm? Digər tərəfdən isə Şirzad çox böyük mədəniyyətə sahib insandır. Hələ ki, oturub bizim məmurların acgözlüyünü Diogen sayağı seyr edir.

Biləcəridən o tərəfdə tanınmayan, mini diskləri gözmuncuğu kimi sancaqlayıb üstündə gəzdirən (canlı oxumağa səsləri olmayan müğənnilər) ilbəil layiq olmadıqları müxtəlif adlara layiq görülür, təqaüdlərlə mükafatlandırılır. Şirzad isə bütün dünyanı ifası ilə heyran edir, amma nəsə yazıq uşağın bəxti gətirmir. Görəsən niyə? Axı bizim yurdumuz tək Odlar Yurdu yox, həm də Möcüzələr ölkəsi olan Azərbaycandır. İnanaq ki, bu bir təsadüfdür, inanaq ki, Şirzad kimisə görüm-baxım etmədiyinə görə deyil, təsadüfən, diqqət mərkəzində olduğu halda diqqətdən kənarda qalıb.

Rəhmətlik Vahidin bir sözü yadıma düşdü:

Demişdin Xaqani çıxar şanı çıxınca
Canım çıxacaqmış demə Xaqani çıxınca.

Söz vaxtına çəkər deyirlər, şanının çıxmasına çox az bir vaxt qalır. İnanırıq ki, bir gün belə bir möcüzə baş verəcək ki, Şirzad əməkdar yox, Xalqın ona verdiyi və layiq olduğu Xalq artisti adına layıq görüləcək. Və nəhayət biz belə bir səda eşidəcəyik: "Çıxış edir Azərbaycan Respublikasının Xalq artisti Şirzad Fətəliyev".

Oxunub: 265 dəfə.     Şərhlər:2
Bu xəbərə fikir bildir və ya şərhlərə bax

FLAŞ XƏBƏR:

  • 21.04.2010 Klip.az-da reklam vermək istəyirsiz?

Yazarlar

Nəsib İntiqamlı
Lay-lay, qeyrət, lay-lay....
Laçın Məmişov
Sənətkarın səssiz ölümü

FOTO REPORTAJ


  • 14.07.2010 [17:21] Rəqsanənin əri tapıldı – FOTOLAR
  • Bütün fotoreportajlar

SON DƏQIQƏ:

Səfurə Əlizadə növbəti festivala yola düşür
Lay-lay, qeyrət, lay-lay....
Dünya gözəli meksikalı qız oldu
Sənətkarın səssiz ölümü
Səməd Səmədov: "Bəli, mən toy müğənnisiyəm!"
Sabah Xuraman Şuşalının toyudur
Aygün Kazımova dodağındakı silikonları çıxartdırdı
Səfurə yeni klipini təqdim etdi - VİDEO
Əli Mirəliyev: «Brilliant Dadaşova haranın oxuyanıdır?»
Tarkan qayıdır
Rəhim Rəhimli xəstəliyə tutulub
Hadisə İlqar Qurbanov üçün oxuyacaq
Samir Bağırov ad günündə hər kəsi şoka salacaq
Zamiqin sürücülük vəsiqəsini alıblar
MTV ilk konsertini Nardaranda verəcək
"Space"lə "Xəzər" qohum oldu
Toya dəvət olunmayan Doğuş sənətçimizdən küsüb
Rəqsanənin əri tapıldı – FOTOLAR
Röya: "Məsləhət verənləri söyürəm..."
Zülfiyyə Xanbabayeva: "Hərdən yoldaşım deyir ki, yenə getdin ey..."
Günelin mətbuat konfransında qalmaqal yaşandı
“Yağ kimi”nin aparıcısı Zaur avtomobil qəzasına düşüb
Namiq Qaraçuxurlu: «Onunla xoşbəxt ola biləcəmmi?»
Zamiq şokdadır
Azərbaycanda daha bir yarışma: "PopSTAR"
Nadir Qafarzadə dodaqlarını Bakıda “təravət”ləndirirmiş
Röya Teymur Əmrahın konsertinə niyə gəlmədi?
Meqan Foks ərə gedir
Azərbaycan müğənnilərinin Türkiyə uğursuzluğu
Mailə Muradxanlı vəfat edib
"Kurtlar vadisi"nin Nazifə anası - MÜSAHİBƏ
Pərəstişkarları Mayklın qəbrini ziyarət edə biləcək
Emin Ağalarov Bakıda solo-konsert verəcək
Rəqqasəyə sayt bağışladılar
Brilyant Dadaşova burnunu əməliyyat etdirəcək
Ata-bala İstanbulu heyrətə gətirdi
İspaniya kəşfiyyatı: yadplanetlilər türkcə danışıb!
Qadınlar ciddi kişiləri bəyənmirlər
Elşad Xosenin yeni «ortağ»ından erotik görüntülər - FOTOLAR
Küçük İbo Bakıya gəlir
Məşhur aktrisa heroin istifadə edir
"Qurdlar vadisi - pusu"nun Murosu - MÜSAHİBƏ
Ceyms Bond "mavi" çıxdı
Şirzad Fətəliyev - Sinoplu Diogen!
Müğənni Röya restorandan oğurluq edib!
Müğənni Xəyyamdan erotik səhnələrlə dolu klip
Faiq Ağayev “Büllur bayquş” mükafatı alıb
Polad Alemdar sevdiyi qadınlardan ayrılanda onları partladır
"Kurtlar vadisi"ndə “İsgəndər”in asılması səhnəsi gerçək oldu
Aygün Səmədzadə: ”Mahnılarımın qiymətini ödəyə bilən müğənni yoxdur"
Layihənin rəhbəri və baş redaktoru: Zahir Əzəmət
Əlaqə:zahirazamat@gmail.com
Anar Ağayarovun istehsalı.
© Copyright 2007 Klip.AZ