Qaynar.info
08-09-2010

Baş səhifə

  • AKTUAL
  • ŞouBİZ
  • Hadisə
  • Kriminal
  • Eurovision
  • Müsahibə
  • Qalmaqal
  • Tam ciddi
  • Türkiyə-maqazin
  • Dünya
  • Maraqlı
  • ƏLAQƏ

Arxiv:

  « »

Həftənin xəbər hiti:

  • Lay-lay, qeyrət, lay-lay....
  • Dünya gözəli meksikalı qız oldu
  • Sənətkarın səssiz ölümü
  • Səfurə Əlizadə növbəti festivala yola düşür

Abunə

RSS Feeds RSS nədir?

Veb masterlər üçün

Bizim ŞOU xəbərləri öz saytınızda göstərin.

Reytinq

SpyLOG

08-06-2010

"Qurdlar vadisi - pusu"nun Murosu - MÜSAHİBƏ


Mustafa Üstündağ: "5 yaşım tamam olan günü bacım rəhmətə getdiyindən ad günü keçirmirəm"

"Qurdlar vadisi - pusu" serialının ən sevilən obrazlarından biri də Murodur. O, Anadolunun quşuçmaz, karvankeçməz, amma ətrafı insan sevgisi ilə dolu ucqar bir kəndində doğulub. Bir gün "qoz-qoz" oyununu bitirdikdən sonra udduğu qozları bölməsinə etiraz edən muxtarın (kənd icra nümayəndəsinin - T.V.) oğlunun başını yarıb və dağlara qaçıb. Özünün dediyi kimi, "komprador uşaqları"na qarşı peşəkar və təcrübəli bir inqilabçı olub. Ömrünü əzilən, haqqı tapdalanan xalqını qurtarmağa həsr edib və gizli təşkilatda çalışıb.
  
Son nəticədə adıçəkilən serialda onu izləyənləri gülməkdən qəşş etdirən Muro meydana çıxıb. Silahdaşı və can yoldaşı Çetonun ölümünə bais olan Cavad Akarsunu öldürmək üçün plan cızan Muro Cavadın avtomobilinin qarşısına qəfil çıxaraq üzərinə bağladığı bombanı partlatmaqla onu öldürmək istəyir. Amma bomba partlamır və Cavadın adamları tərəfindən yaxalanır. Bədəninə uyuşdurucuqarışıq naməlum bir dərman vurulan Muro Aron Fellerin əmri ilə əsgərlərin görüşdüyü, dərdləşdiyi və istirahət etdiyi kafeyə gətirilir. Feller bombanı partladır, Muro və ətrafdakılar həlak olurlar. Bir neçə bölüm öncə "ölməsinə" baxmayaraq tamaşaçılar hələ də "Lənət olsun içimdəki insan sevgisinə" replikası ilə dillər əzbəri olan Muronu hələ də unutmayıblar. Hətta anası da ona "Muro" deyir. Məşhur aktyorun özəl həyatı ilə bağlı bilgi vermək üçün Muro rolunun mahir ifaçısı Mustafa Üstündağla müsahibəni oxucularımıza təqdim edirik.
  
   - Özünüzlə və ailənizlə bağlı oxucularımıza hansı məlumatları vermək istərdiniz?
  
   - Mərsində doğulmuşam və orada böyümüşəm. Yayın istisindən çılpaq gəzərdik. Zatən qarayanız olduğum üçün istidən qapqara olardım. Yoldaşlarım mənə "Köklər" serialındakı zənci köləsinin adını qoymuşdular. Ləqəbim "Kündə" idi. Ailəmizdə 3 nəfərik - atam, anam və mən. Çox təəssüf ki, bacımı 9 yaşındaykən itirdim.
  
   - Bacınız nədən vəfat etdi?
  
   - 10 aylıq körpəykən qızdırması qalxdığından onu həkimə apardılar. Ona "menengit" diaqnozu qoyuldu və səhv müalicə edildi. Bacım 9 yaşına qədər komada qaldı. Mən 5 yaşıma girdiyim gün səhər çağlarında bacım vəfat etdi. Həmin gündən üzübəri heç vaxt ad günü keçirməmişəm.
  
   - Kiçikkən necə bir uşaq idiniz?
  
   - "Qorxan gözə çöp düşər" deyə düşünən valideynlərim məni küçədə böyütdülər. Amma gecələri otaqda tək qaldığım üçün öz-özümə qurmacalar çıxarıb, xəyali oyunlar oynayırdım. Bu da bir müddət sonra gerçəkmiş kimi oldu. Yalan danışmağa başladım. Amma bunlar çəhrayı yalanlar idi...
  
   - Aktyorluğunuzun təməlləri həmin günlərdə quruldu?
  
   - Aktyor olmasaydım, yəqin yalançı olardım. Kiçikkən məndən "Böyüyəndə nəçi olacaqsan" deyə soruşanlara, bir dəfə bir yerdə ağ paltarlarda hacı karvanı gördüyümdən və bu, diqqətimi cəlb etdiyindən "Hacı olacağam" deyirdim. Liseydə aktyor olmaq istədim. Atamın işlədiyi şüşə fabrikində kirvəm teatr verirdi. Ona diqqət kəsildiyimdən aktyor oldum.
  
   - Bir neçə filmdə və serialda rol alsanız da, tamaşaçılar sizi daha çox Muro ilə tanıyırlar. Bəs Muronun uşaqlığı necə keçib?
  
   - Hər əzilən, haqqı tapdalanan xalqın uşağı kimi yoxluqlar, ağrılar içərisində, Anadolunun ucqar bir kəndində doğuldum. Guya harada doğulacaqdım ki? Burjua üzvü deyiləm ki, brüsellərdə, cenevrələrdə, adı-sanı bilinən beşulduzlu otel kimi xəstəxanalarda doğulam. Bizdə uşaqlıq olmaz... Doğularsan, böyüyərsən, əzərsən, yaxud əzilərsən. Bizim torpaqlarımızda doğulanlara uşaqlığı yaşatmazlar, amma ölənə qədər hər kəsə uşaqlığı yaşadarlar. Məsələn: mən 7 yaşımda necə bir Muroydumsa, 70 yaşımda da həmin Muro olacağam.
  
   - İnqilabçılıq sevdasına necə düşdünüz?
  
   - Yığdığım qozları yoldaşlarıma paylamaq istəyərkən nəhəng gücün kəndimizdəki nümayəndəsinin - muxtarın oğlu hər zamankı kimi "qoz-qoz" oyununda mənə uduzduğu üçün məni masa başında məğlub etməyə çalışdı. Mənə "sən vura bilmədin, qozların hamısı mənimdir" dedi. Oyunu quran qurmuşdu. Sən istər vur, istər vurma, hər vaxt son söz "işbirlikçi komprador uşağı" olan muxtarın oğlunundur. "Hey oğlum, qozları bərabər bölüşsək, kəndin bütün uşaqları yesə, nə olar? Olmaz, eləmi? O zaman sənin başını qoz edər, dağıdar, paylayar, yeyərik" deyərək daşı başına çırpdım.
  
   - Sonra nə oldu?
  
   - Muxtarın oğlunun qanı bəhməz kimi axarkən bunun bu qədər xatalı və üsyançılıq olduğunu hardan və nədən biləydim? Muxtarın oğluna edilən hərəkət muxtara, yəni dövlətə edilmiş kimi qəbul olundu. İlk dəfə buna görə dağa qaçarkən "Oğlum Muro, bu iş belə getməz, ya bu nizam dəyişəcək, ya da sən bu nizamın çarxları arasında qoz kimi dağılıb gedəcəksən" dedim. Uzunmüddətli təhlillərim nəticəsində peşəkar inqilabçı olmağa qərar verdim.
  
   - Bəs gizli təşkilata necə daxil oldunuz?
  
   - O nə deməkdir necə daxil oldum? Hara girəcəkdim ki? Futbol klubuna, rəqs klubuna, ya da lambada klubuna gedib göbək rəqsi oynayacaq deyildim ki? Muronun tək çıxış yolu qalmışdı. Bu da gizli təşkilat idi.
  
   - Nədən?
  
   - Bu sualı özümə çox verdim. İllərin inqilabçılığı ilə bunu belə təhlil etdim ki, orada mənə, mənim taktika məlumatıma, strateji təcrübəmə və lider şəxsiyyətimə ehtiyac vardı. Xalqımın uşaqlarını sahibsiz buraxa bilməzdim.
  
   - Amma təşkilatınızla aranızda anlaşılmazlıqlar da oldu...
  
   - Haqsızlığın olduğu yerdə Muronun üsyançılığı var. Məgər təşkilatın mətnləri və liderləri müqəddəsdirmi? Təşkilatı döndərmişdilər basketbol komandasına və onun 5 üzvü var idi. 6-cını basketbol meydançasına buraxmırlar. Mənim kimi gözəl "basketbol oynayan" bir çox inqilabçı var, amma bizlərə "Get, tribunada otur" deyirlər. Bizlər də "Sayı çoxaldın, bunu futbol komandası edin və üzvlərin sayını 11-ə qaldırın" deyirik, amma cavab yoxdur. Çünki Muro heyətə girsə, imperialistlərə yağlı tikə olmayacaq, inqilabçılıq mübarizəsini silahsız aparacaq, demokratiya qazandıracaq.
  
   - Sizin lideriniz varmı?
  
   - Liderdən bəhs ediriksə, Lenini, Maonu, Marksı unutmamaq lazımdır. Burjua uşağı olmasına baxmayaraq Marksın yoldaşı Engelsi də xatırladım. İlk oxumağa başladığımda çox heyrətlənmişdim. Məgər muxtarın oğlu ilə yaşadığım problem yalnız mənim deyil, bütün insanların problemiymiş?
  
   - Muronun günü necə keçir?
  
   - Bir burjua zarafatıyla cavab verim - az yuxu, çox iş. Lənət olsun, bu burjualar qədər yalançı, simvollarla danışan, məşhur mədəniyyət köləsi olan insan qrupunu ömrümböyu görmədim. Bəli, yuxusuz qalırlar. O qədər gəzsən, qazandıqlarını gündüzlər kafelərdə, qəhvəxanalarda, axşamlar da barlarda, diskotekalarda dağıtsan, təbii ki, az yatarsan. Əzilmiş xalqımızı kölə kimi işlədirlər, pulunu bunlar yeyir. Mənə gəlincə isə bir günüm bəzən bayquş kimi düşüncəli, bəzən bir bülbül kimi civil-civil nəşəli keçir. İnqilabçı da sıravi bir insandır, yəni hirsi, sevinci, hüznü və bir də şübhəsiz, eşqi ilə.
  
   - Eşq demişkən, Muronun eşq həyatı necədir?
  
   - Bir inqilabçı yuxusuz, silahsız, yoldaşsız, ac-susuz qala bilər, amma eşqsiz əsla qala bilməz. Eşq - əvvəllər uşaqlığımızda ağzımıza aldığımız ləbləbi tozunu havaya püskürtmək idi. Qara önlüyü geyib, rezin ayaqqabıları ayağına çəkib ibtidai məktəbin yolunu tutduğunda isə 4 adamın oturduğu sırada səni bir sürpriz gözləyirdi. Onun adı Fidan idi.
  
   - Demək, ilk eşqinizin adı Fidan idi...
  
   - Fidan bir körpə ağac, dağda yaşıllaşan bir novruz çiçəyi idi... Amma onun başına gələnlər Fidanın da başına gəldi. Muxtarın oğlu başlıqpulunu ödəyib qızı aldı. Yəni Fidanın kökünə baltanı vurdu.
  
   - Fidanı unuda bildinizmi?
  
   - Bu inqilabçı həyatım boyunca, nə qədər xəyanətləri, döyüşləri, mübarizələri unutdum. Amma muxtarın oğlunun qolunda gedərkən, dönüb mənə o böyük qara gözləri ilə baxıb sanki "Muro, məni bu zalımın əllərinə vermə" deyən o anı unuda bilmədim.
  
   - Muxtarın oğlunun sevdiyinizi əlinizdən almasına necə razı oldunuz?
  
   - Söz verdim, bundan sonrakı fidanları imperialist, burjua nizamına yedirtməyəcəyəm. Yaralarımın qaysağını qopardınız. Belə anlarda bayatılarla təsəlli tapıram: "Daşa verdim yanımı, torpaq əmdi qanımı, Əzrayıla can verməzdim, canan aldı canımıg Oy dağlar, sünbüllü bağlar, ey... Əlində qızıl şamdan, pərdəni qaldır camdan, al xəncəri vur məni, mən usandım bu candan".
  
   - Muro obrazı və məşhurluq gerçək həyatınızda nələri dəyişdirdi?
  
   - Aktyorluq işimi sevərək gördüm və qarşılığını aldım. Yəqin doğru yerdə, doğru zamanda və doğru insanlarla qarşı-qarşıya gəldim. Murodan insan sevgisinin nə qədər qiymətli bir şey olduğunu öyrəndim. Bu obraz mənə çox şey verdi. Amma Muro və məşhur olmanın pis tərəfi də var. Bu da rahat və sərbəst ola bilməməkdir. Dəniz kənarını, dəniz sahilini çox sevirəm. Amma lənət olsun cib telefonlarına kameraları yerləşdirənlərə, hər yerdə məni görüntüləyirlər, rahatlığım əlimdən alınır.
  
   - Ananızın sizi Muro çağırması doğrudurmu?
  
   - Anam Muronu çox sevdi. Mənə "Aaa, Murom gəlib" deyir. Anam mənim ən böyük pərəstişkarımdır.
  
// Həftə İçi





Oxunub: 236 dəfə.  Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax

FLAŞ XƏBƏR:

  • 21.04.2010 Klip.az-da reklam vermək istəyirsiz?

Yazarlar

Nəsib İntiqamlı
Lay-lay, qeyrət, lay-lay....
Laçın Məmişov
Sənətkarın səssiz ölümü

FOTO REPORTAJ


  • 14.07.2010 [17:21] Rəqsanənin əri tapıldı – FOTOLAR
  • Bütün fotoreportajlar

SON DƏQIQƏ:

Səfurə Əlizadə növbəti festivala yola düşür
Lay-lay, qeyrət, lay-lay....
Dünya gözəli meksikalı qız oldu
Sənətkarın səssiz ölümü
Səməd Səmədov: "Bəli, mən toy müğənnisiyəm!"
Sabah Xuraman Şuşalının toyudur
Aygün Kazımova dodağındakı silikonları çıxartdırdı
Səfurə yeni klipini təqdim etdi - VİDEO
Əli Mirəliyev: «Brilliant Dadaşova haranın oxuyanıdır?»
Tarkan qayıdır
Rəhim Rəhimli xəstəliyə tutulub
Hadisə İlqar Qurbanov üçün oxuyacaq
Samir Bağırov ad günündə hər kəsi şoka salacaq
Zamiqin sürücülük vəsiqəsini alıblar
MTV ilk konsertini Nardaranda verəcək
"Space"lə "Xəzər" qohum oldu
Toya dəvət olunmayan Doğuş sənətçimizdən küsüb
Rəqsanənin əri tapıldı – FOTOLAR
Röya: "Məsləhət verənləri söyürəm..."
Zülfiyyə Xanbabayeva: "Hərdən yoldaşım deyir ki, yenə getdin ey..."
Günelin mətbuat konfransında qalmaqal yaşandı
“Yağ kimi”nin aparıcısı Zaur avtomobil qəzasına düşüb
Namiq Qaraçuxurlu: «Onunla xoşbəxt ola biləcəmmi?»
Zamiq şokdadır
Azərbaycanda daha bir yarışma: "PopSTAR"
Nadir Qafarzadə dodaqlarını Bakıda “təravət”ləndirirmiş
Röya Teymur Əmrahın konsertinə niyə gəlmədi?
Meqan Foks ərə gedir
Azərbaycan müğənnilərinin Türkiyə uğursuzluğu
Mailə Muradxanlı vəfat edib
"Kurtlar vadisi"nin Nazifə anası - MÜSAHİBƏ
Pərəstişkarları Mayklın qəbrini ziyarət edə biləcək
Emin Ağalarov Bakıda solo-konsert verəcək
Rəqqasəyə sayt bağışladılar
Brilyant Dadaşova burnunu əməliyyat etdirəcək
Ata-bala İstanbulu heyrətə gətirdi
İspaniya kəşfiyyatı: yadplanetlilər türkcə danışıb!
Qadınlar ciddi kişiləri bəyənmirlər
Elşad Xosenin yeni «ortağ»ından erotik görüntülər - FOTOLAR
Küçük İbo Bakıya gəlir
Məşhur aktrisa heroin istifadə edir
"Qurdlar vadisi - pusu"nun Murosu - MÜSAHİBƏ
Ceyms Bond "mavi" çıxdı
Şirzad Fətəliyev - Sinoplu Diogen!
Müğənni Röya restorandan oğurluq edib!
Müğənni Xəyyamdan erotik səhnələrlə dolu klip
Faiq Ağayev “Büllur bayquş” mükafatı alıb
Polad Alemdar sevdiyi qadınlardan ayrılanda onları partladır
"Kurtlar vadisi"ndə “İsgəndər”in asılması səhnəsi gerçək oldu
Aygün Səmədzadə: ”Mahnılarımın qiymətini ödəyə bilən müğənni yoxdur"
Layihənin rəhbəri və baş redaktoru: Zahir Əzəmət
Əlaqə:zahirazamat@gmail.com
Anar Ağayarovun istehsalı.
© Copyright 2007 Klip.AZ