Küçük İbo Bakıya gəlir
Türk sənətçisi Bakıda konsert verəcək
Türk muğənnisi Küçük İbo 16 iyunda ilk dəfə Bakıya gələcək. O, ölkəmizdə konsert verməyə gəlir. 18 iyunda Küçük İbonun Mənzurə Musayeva ilə duet konserti olacaq. 4 saatlıq konsertdə hər iki müğənni canlı oxuyacaqlar.
Türk müğənnisinin Bakıya gəlişinin başqa bir səbəbi də var. Kicik İbo Bakıda klip çəkdirməyi planlaşdırıb. Türk müğənnisinin klipini rejissor Nail Naiboğlu çəkəcək. Klip Azərbaycan mahnısına çəkiləcək. Belə ki, Küçük İbo Röyanın repertuarındakı "Dəniz" mahnısını oxuyub. Mahnının sözləri Baba Vəziroğluna, musiqisi Kamala aiddir.
Rejissor Nail Naiboğlunun sözlərinə görə, İbo bu mahnını özünəməxsus ifa edib və klip də fərqli olacaq: "Mənim üçün bu klipin çəkilişləri ikiqat məsuliyyətdir. Əvvəla türk sənətçisinə klip çəkirəm, ikincisi isə bu mahnı artıq Röyanın ifasında Azərbaycanda hitdir. Röyadan sonra başqa bir ifaçının ifasında mahnıya klip çəkmək məsuliyyət tələb edir."
"Dəniz" mahnısının klipində Xəzər dənizinin möhtəşəmliyi və əzəməti göstəriləcək. İbo mahnını ilk dəfə Azərbaycandakı konsertində ifa edəcək. // ANS PRESS
Oxunub: 185 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax