|
10-06-2010 Ata-bala İstanbulu heyrətə gətirdi
Alim Qasımov və qızı bu şəhərdə keçirilən beynəlxalq konsertdə çıxış edib Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımova İstanbulda keçirilən beynəlxalq konsertdə çıxış ediblər. Artıq vətənə dönən Alim Qasımovun verdiyi məlumata görə, konsert İstanbulun Yerebatan Sarıncı konsert salonunda baş tutub: "Ora yeraltı məkandır. Bizans imperiyası dövründən qalıb. Çox gözəl yerdir. Konsertimiz də elə orada baş tutdu. Böyük maraqla qarşılandıq. Tamaşaçılar musiqimizə, ifamıza heyran qaldılar. Bir neçə kanala müsahibə verdik, çəkilişlər oldu. Bir sözlə, səfərdən məmnun qaldıq". Konsertdə xanəndələri Rauf İslamov, Rafael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib. 90 dəqiqəlik konsert proqramı ərzində "Mahur" dəsgahı və "Bayatı-Şiraz" təsnifi ifa olunub. Muğam ifaçıları bir neçə yeni təklif də alıb. Belə ki, Qasımovlar Ramazan bayramında və dekabrda da İstanbul və Ankarada yenidən türkiyəli tamaşaçıların qarşısına çıxacaqlar. Oxunub: 313 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































