Qaynar.info
09-09-2010

Baş səhifə

  • AKTUAL
  • ŞouBİZ
  • Hadisə
  • Kriminal
  • Eurovision
  • Müsahibə
  • Qalmaqal
  • Tam ciddi
  • Türkiyə-maqazin
  • Dünya
  • Maraqlı
  • ƏLAQƏ

Arxiv:

  « »

Həftənin xəbər hiti:

  • Lay-lay, qeyrət, lay-lay....
  • Dünya gözəli meksikalı qız oldu
  • Sənətkarın səssiz ölümü
  • Səfurə Əlizadə növbəti festivala yola düşür

Abunə

RSS Feeds RSS nədir?

Veb masterlər üçün

Bizim ŞOU xəbərləri öz saytınızda göstərin.

Reytinq

SpyLOG

12-06-2010

"Kurtlar vadisi"nin Nazifə anası - MÜSAHİBƏ


Serpil Tamur: "Küçədə "Poladın anası bizim də anamızdır" deyib əlimi öpənlər çoxdur"

Məşhur və qocaman aktrisa Serpil Tamur "Kurtlar vadisi", "Kurtlar vadisi - terror" və "Kurtlar vadisi - pusu" seriallarından Polad Aləmdarın anası Nazifə ana obrazı ilə milyonlarla insanın dərin rəğbətini və sonsuz məhəbbətini qazanan, Əli Candanı yetişdirmiş, övladını bir dəfə torpağa verdikdən sonra ona yenidən qovuşmuş, Poladın və qrupunun "ana" dediyi bir qadındır.
Seriallarda yaşadıqları onu mərhəmət və ağrılar mövzusunda həssaslaşdırıb. Poladı evləndirməyə məcbur edən və buna nali olan Serpil xanım, sən demə, kiçik qızını ailə qurması üçün çox dilə tutsa da, istədiyinə hələ də nail ola bilməyib. 2 qız övladı olsa da, Polad obrazının mahir ifaçısı Necati Şaşmazı isə öz doğma oğlu qədər çox sevir. Onun 47 illik aktrisalıq fəaliyyəti və həyatının digər özəllikləri barədə məlumat vermək üçün məşhur aktrisa ilə müsahibəni oxuculara təqdim edirik.
  
- Neçə ildir teatr aləmində və səhnədəsiniz?
  
- Artıq 47 il tamam oldu. Konservatoriyanı bitirdikdən üzübəri fasilə vermədən aktrisalıq edirəm. Keçən ilin iyulunda təqaüdə çıxsam da, bu, sənətdən birdəfəlik getməyim demək deyil. Hazırda da teatr tamaşalarında oynamaqda, filmlərdə və seriallarda çəkilməkdəyəm.
  
- Sənətçinin təqaüdçülüyü olmaz, deyilmi?
  
- Məncə, olmaz, bu, çox axmaq bir şeydir. İndi insanların üzünü boyayıb, rəngləyib, qrimləyib oynadacaqlarmı? Yəni hər yaşa münasib, hər yaşın sahibinin oynayacağı bir rol var. 50 il boyunca hər axşam bir tamaşa izləyirəm. İstanbulda oynanılan bütün tamaşalara baxıram. Ömrümün 47 ilini teatra həsr etdim, bundan sonrakı illərimi də teatra və televiziya filmlərinə həsr edəcəyəm.
  
- Aktrisalıqla bərabər, rejissorluq da edirsiniz, bir-birindən gözəl tamaşalar səhnəyə qoyursunuz. İndiyə qədər neçə tamaşanı səhnələşdirmisiniz?
  
- Bu günədək 5 tamaşam olub. Aktrisalığı çox sevirəm. Amma daha çox rejissorluqla məşğul olmaq istəyirəm. Çünki hiss edirəm ki, təcrübəmlə qarşımdakıları çox yaxşı öyrətmə, onları istiqamətləndirmə və yönləndirmə bacarığım və qabiliyyətim var. Yəni təcrübəm çox olduğu üçün bundan maksimum bəhrələnmək istəyirəm. Rejissor kimi etmək istədiyim çox şey var.
  
- Siz teatrda çox böyük dövr, zaman keçirdiniz. 47 il ərzində nələr dəyişdi, tamaşaçı baxımından 10 illər öncəki dövrlə indiki dövr arasında hansı fərqləri görürsünüz?
  
- 50 il əvvəlki tamaşaçı teatra son dərəcə hörməti olan tamaşaçı idi. Yaxşı xatirimdədir, heç unutmuram, o zamanlar Ankarada "Yeni Səhnə" var idi. Pərdə açıldığı zaman səhnəyə ətir qoxusu gəlirdi, hər kəs qəşəng qara paltarlar içindəydi, teatr bayram günü kimi qəbul edilirdi. Həmin vaxtlarda hər kəs tamaşa barədə məlumat toplayaraq gəlirdi. Tamaşadan əvvəl tamaşa ilə bağlı tapa bildikləri hər şeyi oxuyurdu. Tamaşaçı belə şüurlu, hazırlıqlı və yüksəksəviyyəli idi. O dövrlərdə tamaşalara bilet tapmaq mümkün deyildi. Mən oynadığımız "Damdakı kamançı" oyununu çox yaxşı xatırlayıram. Tamaşaya baxmaq istəyənlər bilet almaq üçün gecə saat 12-də növbəyə düzülər, sıraya girərdilər. Biz belə bir dövr keçirdik.
  
- Tamaşaçı baxımından itkiləriniz oldumu?
  
   - Tamaşaçı itirmədik deyə bilərəm. Çünki bizim daimi tamaşaçılarımız var idi. Ancaq bununla belə, bir ara terrorun çox gündəmə gəlməsi və televiziyaların açılması ilə birlikdə bir çox teatra və tamaşalara tamaşaçı axınında zəifləmə müşahidə olundu. Amma sonradan yeni və çox gözəl bir dövr başladı, tamaşaçılar yenə şüurlanmağa başladı. Onlar artıq tamaşalara axınla gəlir və bu da bizi çox məmnun edir.
  
- Həddən artıq çox və sıx işləmək yorucudur. Bu cür iş tempinə dözmək sizinçün çətin deyilmi?
  
- Xeyr, əsla. Yorulmuram. Əksinə, həzz alıram. Mənim gənc qalmağımın əsas səbəbi də bu cür iş tempimdir. Mən evdə oturduğum zaman xəstə oluram. 47 ildir fasilə vermədən bu sürətlə çalışıram. Bir də 2 qız övladı yetişdirdim. Çox şükürlər olsun ki, onlara çox yaxşı təhsil verdim.
  
- Bu günə qədər saysız-hesabsız tamaşalarda, televiziya filmlərində və seriallarda müxtəlif və bir-birindən fərqli rollar oynamısınız. Amma tamaşacılar sizi "Kurtlar vadisi", "Kurtlar vadisi - terror" və "Kurtlar vadisi - pusu" seriallarının Nazifə anası obrazı ilə daha çox tanıyır və sevirlər. Siz təkcə Polad Aləmdarın deyil, onun yanındakı hər kəsin anası sayılırsınız.
  
- Doğrudur. Polad mənim doğma oğlum, yəni dünyaya gətirdiyim övlad deyil. Amma mən onunla yanaşı, bütün silahdaşlarını da öz övladım kimi sevirəm. Ona görə də hər kəs mənə "Nazifə ana" deyə müraciət edir.
  
- Necati Şaşmazla bir yerdə çalışmaq və işləmək sizdə necə təəssürat yaradır?
  
- Bu çalışqanlıq və işbirliyi məndə çox fərqli və çox gözəl bir duyğu oyadır. Mən həm Necatini, həm də aktyor qrupumuzun və "Panafilm" ailəsinin üzvlərini çox sevirəm. Necati həqiqətən də çox hörmətli, qəşəng və alicənab bir insandır. Gerçək bir ana oğlunu hiss etdiyi kimi, mən də Necatini öz oğlum hiss edirəm.
  
- Bir çox məşhur şəxs seriallarda tez-tez inadkarlıq və tərslik edir. Heç Polad Aləmdardan, yəni Necati Şaşmazdan belə bir şey gördünüzmü?
  
- Mən 4 ildən çoxdur onunla birlikdə "Kurtlar vadisi" layihəsində çalışıram. Bu yaşıma çatmışam və indiyə qədər əsla yalan danışmamışam. İndi də yalan danışmaq fikrində deyiləm. Aktyor qrupunun üzvləri arasında inadkarları və tərslik edənlər oldu. Amma Necatidən bu hərəkəti görmədim. Çünki o, gözəl bir ailədə böyümüş, çox yaxşı ailə tərbiyəsi almış, davamlı işləyən və çalışqan bir insandır. Mən ona çox hörmət edirəm.
  
- Nazifə ana oğlunun vurğunudur, onu dünyalar qədər, hətta canından artıq sevir. Gerçək həyatınızda Polad kimi bir oğul istərdinizmi?
  
- Mən ana olaraq öz doğma uşaqlarımı, qızlarımı çox sevirəm. Bu sevgini Necatidən və serialdakı digər aktyor və aktrisalardan əsirgəmirəm. Öz uşaqlarımın normal həyat yaşamalarını istəyirəm. Düzdür, hər kəs öz istədiyi həyatı yaşamalıdır. Arzusu nə cür yaşamaqdırsa, hansı şəkildə yaşamaq istəyirsə, bu arzuya və istəyə hörmətlə yanaşaram.
  
- 2 qız uşağı yetişdirdiniz. Əgər 1 oğlunuz olsaydı və Polad kimi hər gün ölümlə sanki qol-boyun gəzsəydı, onu bu yoldan çəkindirmək üçün nələr edərdiniz?
  
- Nələr edəcəyimi bilmirəm, amma əlimdən gələni, gəlməyəni, hər şeyi edərdim. Övladının hər an ölümlə göz-gözə dayanması bir ana üçün dözülməsi zor və güc olan bir vəziyyətdir, çox çətindir. Serialda da əlimdən gələni edirəm. Ebru xanımla evləndirdik, amma ona çox təsir göstərə bilmədik. Poladı həqiqətən oğlum kimi sevirəm, ona içim titrəyərək "oğlum" deyirəm.
  
- Serialda davamlı olaraq Polada "Evlən, oğlum, evlən, oğlum" deməkdən yorulmadınız və sonucda istədiyinizə nali oldunuz...

  
- Doğrudur. Poladı qarmaqarışıq və qalmaqallı işlərdən uzaqlaşdırmaq, onu oğul-qız sahibi etmək üçün evləndirdim. Amma mən onu dilə tutmaqdan yorulmadım. Çünki hər bir ana övladının xeyir işini görmək, nəvə səsi eşitmək istəyir. Polada qarşı nə qədər yorulmazlıq nümayiş etdirdimsə, evdə, ailədə də öz kiçik qızıma da eyni hərəkət edirəm, onun da ailə qurmasını istəyirəm.
  
- Qızınız neçə yaşındadır?

  
- Böyük qızım 36 yaşındadır, ailəlidir. Ondan 1 nəvəm var. Kiçik qızım isə 30 yaşındadır. Bu həyatda istədiyim hər şeyə nail oldum, bütün arzularıma qovuşmuşam. İndi bu həyatda istədiyim tək bir şeyim qalıb. Kiçik qızımı da evləndirsəm, ömürlük rahatlanacağam.
  
- "Kurtlar vadisi" layihəsinin Nazifə anasına küçədəkilər və ətrafdakılar hansı münasibəti göstərir?
  
- Bu serialda iştirak etmək və rol almaq mənim üçün çox xoş və unudulmaz bir duyğudur. Təsəvvür edin ki, həmin seriallara çəkildikdən sonra tanımadığım insanlardan belə, daha çox hörmət görmüşəm. Küçədə məni görən zaman əlimi öpənlərin, mənə "Anam" deyib sarılanların, "Poladın anası bizim də anamızdır" söyləyənlərin sayı o qədər çoxdur ki, onları saymaqla qurtarmaz. Belə hörmət və izzəti görəndə həmişə yüksək əhvali-ruhiyyədə oluram, özümü çox xoşbəxt sayıram. Etiraf edim ki, bu günədək çoxsaylı tamaşada, televiziya filmlərində və seriallarda saysız-hesabsız rollarda oynasam da, ilk dəfə yalnız Nazifə ana obrazına görə bu qədər çox maraqla və təmasla qarşılandım. İndiyə qədər bir-birindən fərqli seriallarda 330-a yaxın bölümlərdə oynamışam. Amma məni "Kurtlar vadisi" layihəsindəki Nazifə ana obrazına görə daha çox sevirlər.
  
- "Kurtlar vadisi"nin gəncləri təhlükəli addımlara təhrik etdiyi, meyilləndirdiyi ilə bağlı tənqidləri necə qarşılayırsınız?
  
- Mən qətiliklə bunun əleyhinəyəm. Bu serialların və filmlərin minlərlə nümunəsi var. O zaman hər pisi nümunəmi götürəcəyik? Yaxşı olanı nümunə götürsünlər. "Kurtlar vadisi"ndən əvvəl də bu cür seriallar və filmlər var idi. Amma onlar barədə bu cür tənqidlər söylənilmədi. // Həftə içi





Oxunub: 474 dəfə.  Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax

FLAŞ XƏBƏR:

  • 21.04.2010 Klip.az-da reklam vermək istəyirsiz?

Yazarlar

Nəsib İntiqamlı
Lay-lay, qeyrət, lay-lay....
Laçın Məmişov
Sənətkarın səssiz ölümü

FOTO REPORTAJ


  • 14.07.2010 [17:21] Rəqsanənin əri tapıldı – FOTOLAR
  • Bütün fotoreportajlar

SON DƏQIQƏ:

Səfurə Əlizadə növbəti festivala yola düşür
Lay-lay, qeyrət, lay-lay....
Dünya gözəli meksikalı qız oldu
Sənətkarın səssiz ölümü
Səməd Səmədov: "Bəli, mən toy müğənnisiyəm!"
Sabah Xuraman Şuşalının toyudur
Aygün Kazımova dodağındakı silikonları çıxartdırdı
Səfurə yeni klipini təqdim etdi - VİDEO
Əli Mirəliyev: «Brilliant Dadaşova haranın oxuyanıdır?»
Tarkan qayıdır
Rəhim Rəhimli xəstəliyə tutulub
Hadisə İlqar Qurbanov üçün oxuyacaq
Samir Bağırov ad günündə hər kəsi şoka salacaq
Zamiqin sürücülük vəsiqəsini alıblar
MTV ilk konsertini Nardaranda verəcək
"Space"lə "Xəzər" qohum oldu
Toya dəvət olunmayan Doğuş sənətçimizdən küsüb
Rəqsanənin əri tapıldı – FOTOLAR
Röya: "Məsləhət verənləri söyürəm..."
Zülfiyyə Xanbabayeva: "Hərdən yoldaşım deyir ki, yenə getdin ey..."
Günelin mətbuat konfransında qalmaqal yaşandı
“Yağ kimi”nin aparıcısı Zaur avtomobil qəzasına düşüb
Namiq Qaraçuxurlu: «Onunla xoşbəxt ola biləcəmmi?»
Zamiq şokdadır
Azərbaycanda daha bir yarışma: "PopSTAR"
Nadir Qafarzadə dodaqlarını Bakıda “təravət”ləndirirmiş
Röya Teymur Əmrahın konsertinə niyə gəlmədi?
Meqan Foks ərə gedir
Azərbaycan müğənnilərinin Türkiyə uğursuzluğu
Mailə Muradxanlı vəfat edib
"Kurtlar vadisi"nin Nazifə anası - MÜSAHİBƏ
Pərəstişkarları Mayklın qəbrini ziyarət edə biləcək
Emin Ağalarov Bakıda solo-konsert verəcək
Rəqqasəyə sayt bağışladılar
Brilyant Dadaşova burnunu əməliyyat etdirəcək
Ata-bala İstanbulu heyrətə gətirdi
İspaniya kəşfiyyatı: yadplanetlilər türkcə danışıb!
Qadınlar ciddi kişiləri bəyənmirlər
Elşad Xosenin yeni «ortağ»ından erotik görüntülər - FOTOLAR
Küçük İbo Bakıya gəlir
Məşhur aktrisa heroin istifadə edir
"Qurdlar vadisi - pusu"nun Murosu - MÜSAHİBƏ
Ceyms Bond "mavi" çıxdı
Şirzad Fətəliyev - Sinoplu Diogen!
Müğənni Röya restorandan oğurluq edib!
Müğənni Xəyyamdan erotik səhnələrlə dolu klip
Faiq Ağayev “Büllur bayquş” mükafatı alıb
Polad Alemdar sevdiyi qadınlardan ayrılanda onları partladır
"Kurtlar vadisi"ndə “İsgəndər”in asılması səhnəsi gerçək oldu
Aygün Səmədzadə: ”Mahnılarımın qiymətini ödəyə bilən müğənni yoxdur"
Layihənin rəhbəri və baş redaktoru: Zahir Əzəmət
Əlaqə:zahirazamat@gmail.com
Anar Ağayarovun istehsalı.
© Copyright 2007 Klip.AZ