Azərbaycan müğənnilərinin Türkiyə uğursuzluğu
Sevda Ələkbərzadə: "Bizimkilər nə qədər çalışsalar da, öz mahnılarımızla tanına bilməyəcəklər"
Sıx-sıx yaradıcılıq səfərləri olan əməkdar artist Sevda Ələkbərzadə Türkiyədə çalışan həmkarları və onların fəaliyyəti haqda danışıb.
O, deyib ki, onlar bu gün üçün Azərbaycan mahnıları ilə özlərini tanıda bilmirlər: “Nə olsun ki, Azərbaycanda türk mahnıları yetərincə sevilir və türklərin burada çıxışlarına böyük maraq yaranıb? Eyni marağı Türkiyədə bizim musiqilərimiz haqqında demək olmaz. Çünki bir-iki mahnını çıxsaq, yüzlərlə mahnılarımız var ki, orada səslənib, amma məşhurlaşmayıb. Orada çalışan sənətçilər nə qədər çalışsalar da, öz mahnılarımızla tanına bilməyəcəklər. Ancaq türk mahnıları oxumaqla özlərinə müəyyən bir pillə qazandıra bilərlər”.
Sevda xanım deyir ki, burada mahnıların səviyyə məsələsi rol oynamır. Sadəcə, türklərə bu mahnıları qəbul etdirmək bir qədər mərhələli məsələdir: “Əslində, bizim çox gözəl mahnılarımız var. Söhbət bu gün xarici ritmlər üzərində yazılan yox, daha sanballı musiqi əsərlərindən gedir. Onları qonşu millətə tanıtmaq bir qədər çətin prosesdir» - deyə S.Ələkbərzadə bildirib. //milli.az
Oxunub: 358 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax