Röya Teymur Əmrahın konsertinə niyə gəlmədi?
Rəşid Behbudov adına Mahnı Teatrında respublikanını əməkdar artisti Teymur Əmrahın «Ürəyimdə xatirələr oyandı» adlı solo konserti keçirilib.
Qeyd edək ki, 15-16 iyun tarixlərinə planlaşdırılmış konsert iki gün əlavə keçiriləcək. Teatr rəhbərliyi bunu tamaşaçıların xahişilə olduğunu bildirib.
Milli.Az xəbər portalının məlumatına görə, estrada ansamblının müşayətilə keçən musiqili axşamda T.Əmrahın ifasında «Ay qız», «Liman», «Bağışla», «Gəl barışaq», «Darıxmışam», «Nə bəxtiyardır», «Yumul bənövşəm», «Lirik mahnı», «Sevgimiz elə bu qədərmiş», «Yanıram mən», «Eşqə şahid zaman», «Uzaq yaşıl ada», «Əlvida», «Bu qız qocaltdı məni», «Azərbaycan» kimi klassik retro əsərlərlə yanaşı müasir lirik mahnılar da səsləndirilib.
Konsertdə müğənninin tələbəsi, Mahnı Teatrının solisti Vaqif Şıxəliyev «Gözüm yoldadır» klassik mahnısı ilə çıxış etdi.
Proqrama əsasən Teymur Əmrahın digər həmkarları - Röya və Amil Həsənoğlu ilə duet ifası gözlənilirdi. Lakin səbəbkarla eyni səhnəni paylaşmaq ancaq Amil Həsənoğlu ilə baş tutdu. Röya isə konsertin sonuna qədər tədbirdə görünmədi. Nəticədə «Gecələr bulaq başı» adlı mahnını Teymur Əmrah tək ifa etməyə məcbur oldu.
Oxunub: 199 dəfə. Şərhlər: 0
Bu xəbərə fikir bildir və ya şərhlərə bax