|
17-06-2010 Azərbaycanda daha bir yarışma: "PopSTAR"
Hər həftənin cümə günü "Space"də! Azərbaycan teleməkanında yeni və fərqli “PopSTAR” adlı mahnı müsabiqəsi başlayır. “Artıq dünəndən seçim turları başlanıb və oxumağa həvəsi olan bir çox insanlar müsabiqəyə qatılmaq üçün qeydiyyatdan keçiblər. Yaş məhdudiyyəti yoxdur. İyulun 28-i ilk seçim turu başlanacaq və qeydiyyatdan keçən iştirakçılar müsabiqəyə qatılmaq üçün münsiflər heyətinin qarşısında oxumaq bacarıqlarını nümayiş etdirəcəklər. Münsiflər heyətinin üzvləri iştirakçılar arasından ilk olaraq 30 ən istedadlı iştirakçıları seçib müsabiqənin ilk yarımfinalına vəsiqə qazandıracaqlar. Müsabiqənin ilk canlı efiri başlayana qədər hər gün Space kanalında iştirakçıların bəlli mobil operatoru tərəfindən verilmiş sms nömrələri nümayiş olunacaq. İlk efir günündə 30 iştirakçı canlı olaraq akapella ifa nümayiş etdirəcək. Həmin gün verilişin sonunda ikinci yarımfinala keçəcək 13 iştirakçı bəlli olacaq. Onlardan 3-ü münsiflərin, 10-u isə tamaşaçıların göndərdiyi sms səs faizi nəticəsində bəlli olacaq. Növbəti həftələrdə isə hər verilişin sonunda bir iştirakçı popstar olmaq arzusuna vida edəcək”. Qeyd edək ki, müsabiqənin ərsəyə gəlməsi üçün güclü komanda çalışır. Canlı efir zamanı iştirakçıları canlı musiqi ansamblı müşayiət edəcək. Avadanlıqıar Türkiyədən gətiriləcək. Tamaşaçılar həftənin 4 günü müsabiqə ilə əlaqədar “PopSTAR həyəcanı” gündəlik maqazin verilişini isə jurnalist Azər Nəsibovun təqdimatında izləyə biləcəklər. Özəl olaraq vurğulayaq ki, bundan öncə A.Nəsibov “NarStar” adlı yarışmada münsiflər heyətində təmsil olunub. Təşkilatçılar tərəfindən “PopSTAR” müsabiqəsinə də münsif kimi dəvət olunan jurnalist bu dəfə imtina edərək efirdə özünü aparıcı kimi sınamağı üstün tutub. Oxunub: 288 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































