09-09-2010
|
29-06-2010 Günelin mətbuat konfransında qalmaqal yaşandı
“Yalançı xalq artistlərini saatlarla gözləyirsiniz, Güneli gözləyə bilmirsiniz?” “Yalançı xalq artistlərini saatlarla gözləyirsiniz, Güneli gözləyə bilmirsiniz?” Bu sözlər bu gün müğənni Günel Məhərrəmovanın mətbuat konfransında səslənib. ANS PRESS-in məlumatına görə, “AzəriStar” yarışmasından çıxmış müğənni bu gün ilk mətbuat konfransında media işçilərini nə az, nə çox, düz 1 saat 25 dəqiqə gözləməyə vadar edib. Saat 14:00-a təyin olunmuş tədbir saat 15:30-da başlayıb. Gecikməsinə baxmayaraq, gülə-gülə içəri daxil olan Günel heç nə olmayıbmış kimi hamı ilə salamlaşıb. Salamının alınmadığını görüb, üzündəki etinasız ifadə ilə “başa düşürəm, bir az gecikmişəm” deyib, yerində oturdu. Onun saymazyanalığı jurnalistləri daha da özündən çıxartdı. İradını bildirən jurnalistlərə isə, “mənim heç kimə borcum yoxdur, səsinizi qaldırmayın” cavabını verdi. Bu insidentdən sonra bir neçə jurnalist etiraz əlaməti olaraq tədbiri tərk etdi. //ANS Press Oxunub: 730 dəfə. Şərhlər: 0 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































