|
27-07-2010 Rəhim Rəhimli xəstəliyə tutulub
"Çəkilirəm evin bir küncünə, heç telefona da cavab vermirəm" Azərbaycanın məşhur müğənnilərindən biri, bəstəkar və aparıcı Rəhim Rəhimli yamanca nasazlayıb. Müğənnin verdiyi məlumata görə, onun xəstələnməsinə səbəb bu yaxınlarda iştirak etdiyi toy mərasimi olub. Yerli restoranların birində masa arxasında əyləşən müğənni çoxlu soyuq içkilər qəbul edib və dayanmadan rəqs edib. Üstəlik müğənnin əyləşdiyi masa kondisionerə yaxın olub: “Neçə gündür soyuqlamışam. Toyda içəridə hava soyuq idi mən də çoxlu oynadım. İndi qripə doğru gedirəm. Yamanca soyuqlamışam. Möhkəm öskürürəm. Çəkilirəm evin bir küncünə. Heç telefona da cavab vermirəm”. Oxunub: 766 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































