08-09-2010
|
24-07-2010 "Space"lə "Xəzər" qohum oldu
Ağdamlı müğənnilər rayonlarının işğalı günündə necə əl qaldırıb oynadılar? Ötən axşam Xəzər TV-nin "Ulduzlu Xəzər" proqramının aparıcısı Lalə Əlimuxtarovanın Space TV-nin prodüsseri Cantiklə nikah mərasimi oldu. Klip.az-ın verdiyi xəbərə görə, Bakının bahalı əyləncə məkanlarından olan "Niaqara"da Azərbaycan şou-biznesində at oynadan müğənnilərin iştirakıyla təntənəli toy çalındı. Məkana faytonda gələn bəylə gəlini atlar müşayiət edirdi. Toyu xalq artisti Faiq Ağayev və Kərim idarə edirdi. Əksər müğənnilər və eləcə də televiziyalarımızın tanınmış simaları qonaq qismində iştirak edirdi. Lalə Məmmədova, Səidə Sultan, Elza Seyidcahan, Xatirə, Nazpəri Dostəliyeva, Röya, Zamiq, Ayaz Qasımov, Tünzalə Ağayeva, Elnur, Emil Bədəlov, Azəri qızı Günel, Xumar Qədimova, Natavan Həbibi, Elnarə, Ayan, rəqqasə Fatimə, meyxanaçılardan Ağamirzə, Vahid Qədim, Ələkbər Yasamallı və s. çal-çağır əhli toy iştirakçılarını o ki var əyləndirə bildi. Toy gecə saatlarına qədər davam etdi. Müğənnilər öz mahnılarını ifa etməklə yanaşı rəqs də etdilər. Toyda xüsusi diqqət çəkən məqam ağdamlıların özlərini müxtəlif cür aparmaları oldu. Belə ki, toyda ağdamlı olan Röya, Ayaz Qasımov, Azəri qızı Günel və Xatirə 23 iyul tarixinin Ağdamın işğalı günü olduğunu söyləyib bu tarixə öz münasibətlərini bildirdilər. Ayaz nə oxudu, nə də oynadı, sadəcə təbrik edib getdi. Azəri qızı Günelsə adəti üzrə yenə də həm oxudu, həm oynadı. Xatırladaq ki, vaxtilə Günel milli mətbuatda bu addımlarına görə az qınanmamışdı. Röya gəlinin yaxını olduğundan toya buyurub təbriklərə qoşuldu, içəri girər-girməz Tünzalə Ağayevanın ifasına rəqs də etdi. Ən gülməli məqam isə müğənni Xatirənin davranışı oldu. Əvvəldən də rəqs edən Xatirə mikrofonu götürüb təbrik etdi və: "Bildiyiniz kimi bu gün Ağdamın işğalı günüdür. Ona görə də mən bu gün oxumayacağam. Ancaq səhərə qədər oynaya bilərəm" deyib adamın sümüklərini oynadan mahnıların sədaları altında rəqs etdi. Oxunub: 744 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































