|
27-07-2010 Əli Mirəliyev: «Brilliant Dadaşova haranın oxuyanıdır?»
«Bu gün Rəqsanəyə, Baloğlan Əşrəfova, Eyyuba, Ədalətə, ona-buna qulaq asırlar...» Sənət aləmində daha çox qalmaqalları və atmacaları ilə yadda qalan ifaçı Əli Mirəliyev şou-biznes aləmində baş verənlərdən danışdı. Heç bir fəxri adı olmamasından şikayətlənən sənətçi Milli.Az xəbər portalının müxbiri ilə söhbətində toya gedən müğənnilərin ifasını bəyənməməsindən danışdı: «Toylarda mən də oxuyurdum. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Hüseynağa Hadıyev, Yalçın Rzazadə də oxuyurdu. Amma baxır ki, toyda nə oxuyurdun. Söhbət səviyyədən gedir… Zavodda, fabrikdə fəhlələr qarşısında da konsertlər verilməlidir. Amma indiki oxuyanlar neyləyiblər? Efirə çıxıb, paltarlarını, evlərini, maşınlarını göstəriblər, bununla da xalq artisti olublar». "Efiri pulla ələ alan müğənnilər musiqimizi ucuzlaşdırdı" Əli Mirəliyev deyir ki, istedadının olub-olmamasından asılı olmayaraq, ifaçıların, az qala təsadüfi adamların da pul ödəmək müqabilində efirə çıxması, populyarlaşması müğənnilik sənətini zirvədən endirib adiləşdirdi. Oxunub: 493 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|















































